Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Pioneer” televiziya biznesini bərpa edir


Televizor istehsalını 3 il əvvəl dayandıran Yaponiyanın "Pioneer" şirkəti yenidən bu biznesə qayıtmaq niyyətindədir.

Belə ki, "Pioneer" və "Dixons" şirkətləri arasında imzalanan tərəfdaşlıq sazişinə əsasən, işıq diodlu və "Full HD" formatlı 40, 46 və 55 düymlü maye-kristal televizorlar istehsal olunacaq. Televizorların texniki xüsusiyyətləri arasında stereoskopik səs, simsiz  "Wi-Fi" şəbəkəsi, multimedia üçün 3 "HDMI" və "USB" çıxışının dəstəklənməsi qeyd edilir.

İlkin olaraq Skandinaviya ölkələrində, daha sonra Böyük Britaniyada bazara çıxarılacaq yeni televizorların satışına cari ilin dekabrında başlanacağı gözlənilir.

Şirkətin televiziya biznesinin coğrafiyasını genişləndirmək istəyi barədə məlumat verilmir. Bununla yanaşı, bu yaxınlarda "Panasonic" şirkətinin imtina etdiyi plazma modellərin istehsalı da sual altındadır.   

Son vaxtlar "Pioneer" diqqətini əsasən audio avadanlıq və avtomobil məhsullarına yönəldib. Şirkətin televiziya bazarına qayıtması əvvəllər "Kuro" brendli televizorlar alan alıcıları sevindirəcək, - "DailyComm www.dailycomm.ru" yazır.




13/11/13    Çap et