Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” yeni proqramlar təqdim edib



“Microsoft” şirkəti “Surface” internet-planşetləri üçün yeni proqramlar dəsti təqdim edib.  
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni proqramlar “Touch Cover” və “Typer Cover” versiyalarının məhsuldarlığını artıracaq, kameraların işini yaxşılaşdıracaq. Bundan başqa, yeni dəst  yenilənmiş “Wi-Fi” və “Bluetooth” drayverlərinə malikdirlər. Burada eyni zamanda sistemin ümumi stabilliyi artırılıb və akkumulyatorun qüvvə ehtiyatı azaldılıb.

Hazırda şirkət “Intel” çipləri üzərində “Surface Pro 2” üçün yeni proqram buraxmır. Birinci nəsil  “Surface RT” planşetləri də müəyyən yeniliklər əldə ediblər, lakin onlar “Windows RT 8.0” versiyaları ilə bağlıdır, 8.1 versiyasına keçmiş müştərilər yeni proqramlardan istifadə edə bilmirlər.
“Windows RT” üçün yenilənmələrə gəldikdə isə, burada “Microsoft” yapon klaviaturalı əməliyyat sisteminin işini yaxşılaşdırıb.

“Surface Pro Microsoft” ilk versiyalarının istifadəçilərinə “LifeCam” drayverlərinin yenilənməsi ilə yanaşı, “Wi-Fi” və “Bluetooth” ilə iş üçün yeni proqram tərkibi təklif edib.

Aynur Vəliyeva
 




13/11/13    Çap et