Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elm və biznes - 13” Gənclər İnnovasiya Forumu keçiriləcək


3-6 dekabr 2013-cü il tarixlərində Minskdə “Elm və biznes -13”  III  Gənclər İnnovasiya Forumu keçiriləcək.
 
Tədbirin təşkilatçıları Minsk şəhər İcra Hakimiyyəti, Minsk şəhər Partizan rayonunun rəhbərliyi, Minsk şəhər Texnoparkı, Gənc İnnovasiyalar Mərkəzi, “İntellekt laboratoriyası” MSC, ictimai diplomatiya, elmi-təhsil və gənclər əməkdaşlığına dəstək “Avroasiya birliyi” beynəlxalq təşkilatı və Minsk vilayəti İcra Hakimiyyətidir.
 
 Bu barədə məlumat verən Azərbaycan Elmi İnnovasiya Mərkəzindən bildirilib ki, “Elm və biznes -13”  III  Gənclər İnnovasiya Forumu gənc innovatorların öz ideyalarının iqtisadiyyatın real sektorunda həyata keçirilməsi yolunda ilk addım, investorların maliyyə dəstəyini qazanmaq, öz işləmələrini təqdim etmək, sahə müəssisələrini maraqlandırmaq üçün unikal imkandır. 
 
Forumda iştirak etmək üçün innovasiya işləmələrinə, unikal ideyalara malik, perspektiv tədqiqatlar aparan 35 yaşa qədər gənc alimlər dəvət olunurlar.
 
 
Həqiqət İSABALAYEVA




13/11/13    Çap et