Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sabahdan etibarən “VikiHərəkat”ın ali təhsil müəssisələrində təqdimatı keçiriləcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən "VikiHərəkat" layihəsinin icrası davam edir. Hazırda layihə növbəti mərhələyə qədəm qoyub. Belə ki, sabahdan - 14 noyabr tarixindən etibarən "VikiHərəkat"çılar ölkəmizin ali təhsil müəssisələrində "VikiHərəkat" layihəsinin təqdimatını keçirəcəklər.
 
Təqdimatlarda "VikiHərəkat", onun məqsədi, vəzifələri, hərəkata qoşulma qaydaları ilə yanaşı, "Viki" texnologiyaları, o cümlədən "Vikpediya"-onlayn ensiklopediyası barədə məlumatlar veriləcək, onun əhəmiyyəti və ensiklopediyada iştirak qaydaları da əhatə ediləcək. Bundan əlavə, təqdimatların ikinci hissəsində "Vikipediya"da məqalələrin yerləşdirilməsi, redaktəsi, şəkillərin, mənbələrin, keçidlərin yerləşdirilməsi əyani şəkildə nümayiş etdiriləcək.
 
 
Qeyd edək ki, ilk təqdimat Azərbaycan Texniki Universitetində keçiriləcək.


Həqiqət İSABALAYEVA




13/11/13    Çap et