Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün yeni İKT müsabiqəsinə start verilib


Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3-cü birgə İKT üzrə mükafat müsabiqəsi keçirir.
 
 
Müsabiqə çərçivəsində isə İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.
 
 
Fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan "Nar Mobile" mobil operatoru və "BestComp Group" şirkəti tərəfindən isə onlara İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcək. Təbliğat və təşviqat işində "Nar Mobile" mobil operatoru şirkəti yaxından iştirak edəcək.
 
Nəticələrin 2013-cü ilin dekabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
 
 
Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edəcək.
 
 
Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər, həmçinin fərdi şəkildə alimlər iştirak edə bilərlər.
 
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materialların qəbulu 2013-cü il 14 noyabr tarixindən başlayaraq 26 noyabr saat 17:00-dək davam edəcək.
Müsabiqənin nəticələrinin 2013-cü ilin dekabr ayında açıqlanması planlaşdırılır.
 
Qeyd edək ki, İKT-3 mükafat müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarların tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az/qrant/senedler/index.html ) tanış olmaq olar.
 
 




14/11/13    Çap et