Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Türkiyə arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair əməkdaşlığı nəzərdə tutur. Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzalayıblar.

Memorandum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb. Ölkələr arasında eyni zamanda hərbi, siyasi, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib və razılaşmalar əldə edilib.

Qeyd edək ki, hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatıb, gələcəkdə bunu 15 milyard dollara çatdırmaq üçün işlərin görülməsi nəzərdə tutulub.




14/11/13    Çap et