Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Takuya Hirano: “Azərbaycanda piratçılıqla mübarizənin hökumət tərəfindən prioritet kimi qəbul edilməsi bu problemin həllinə kömək edib”


 
“Microsoft” şirkəti Azərbaycanı piratçılıqla mübarizədə dəstəkləməkdə davam edəcək.
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hiranonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, piratçılıq “Microsoft” şirkəti ilə bərabər, bütün şirkətlərin problemidir.

“Bu problem ölkənin məhsuldarlığına belə maneə törədir və iqtisadi ziyan vurur. Bir tərəfdən “Microsoft” şirkətinin ölkədə düzgün lisenziyalaşma siyasəti aparması biznesin məhsuldarlığını artırır, digər tərəfdən isə cəmiyyət pirat məhsullara düzgün münasibət bəsləməlidir ki, bu problem aradan qaldırılsın. Cəmiyyətin pirat məhsullarına olan münasibəti kibertəhlükəsizliyə təhdid yaradır”, - deyə o bildirib.

T. Hiranonun sözlərinə əsasən, 24 Mərkəzi və Şərqi Avropa regionu ölkələrində ən yüksək piratçılıq göstəricisi 91-92%, orta göstərici 63%, ən aşağı göstərici isə 43%-dir. “Azərbaycanda piratçılıqla mübarizənin hökumət tərəfindən prioritet kimi qəbul edilməsi bu problemin həllinə nail olmağa kömək edib”.

Aynur Vəliyeva
 




19/11/13    Çap et