Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il Azərbaycanın ilk oyun və texnologiya dərgisi işıq üzü görəcək


Azərbaycanın ilk oyun və texnologiya dərgisi yaradılır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, dərgi "Evolution", yəni təkamül adlanır. "Evolution" dərgisinin önümüzdəki ilin fevral - mart aylarında Azərbaycan bazarında öz yerini tutacağı gözlənilir.

Kontent hazırlanması üzrə mütəxəssislərin toplanmasına başlayan dərgi heyəti, noyabrın 24-də "New Baku" otelinin konfrans salonunda həvəskarlarla görüş keçirəcək.

Qeyd edək ki, hazırda dərgi internet üzərindən (www.evolution.az)  fəaliyyət göstərir.

CAHANGİR
 




22/11/13    Çap et