Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” televizorları daha istifadəçiləri izləməyəcək


“LG” şirkəti etiraf edib ki, onun istehsalı olan smart televizorlar televiziya tamaşaçıları haqqında məlumatları şirkətin serverinə müvafiq funksiya deaktiv edildiyi halda da ötürürmüş.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Koreya istehsalçısının nümayəndələri deyib ki, televizorlar üçün yaxın günlərdə iç proqramı təqdim edəcək. Yeniləmədən sonra əgər sazlamalar menyusunda məlumatların ötürülməsi deaktiv edilibsə o ötürülməyəcək.

Bununla belə, “LG” şirkəti televizorların istifadəçinin fərdi informasiyanı serverə ötürməsi ilə razı deyil. Şirkətin nümayəndələri deyib ki, məlumatlar izləmə haqqında informasiya ilə bağlı olub. İzləmə haqqında informasiya Smart TV platforması çərçivəsində toplanılır və daha münasib reklamın nümayişində istifadə olunur.
İzlənilmiş ötürülmələr haqqında məlumatların “LG” şirkətinin serverlərinə ötürülməsi faktını britaniyalı bloqqer Ceyson Hantli aşkar edib. O, televizordan ötürülən trafiki araşdıraraq bu nəticəyə gəlib.

Emil Hüseynov




23/11/13    Çap et