Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovasiya fondunun yaradılması təklif olunur


“Biz Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəticələrinin innovativ xüsusiyyətlərini nəzərdən keçirdik. Rəyasət Heyətinin strukturunda innovativ məsələlərlə bağlı şöbə yaradılıb”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında AMEA prezidenti, akademik Akif Əlizadə söyləyib. O bildirib ki, bir sıra innovasiya layihələrinin həyata keçirilməsi üçün vəsaitə ehtiyac var. Buna gərə də nəzərdə tutulub ki, innovasiya fondunun yaradılması üçün hökumətə müraciət edilsin:
 
“O fond köməkliyi ilə biz akademiyanın innovasiya problemlərini texnopark vasitəsilə də həll edə bilərik. Elmi nəticələrin innovativ xüsusiyyətlərini həyata keçirmək asan məsələ deyil. Bunun üçün böyük miqdarda vəsaitə ehtiyac var”.
 
SEYMUR
 
 
 




23/11/13    Çap et