Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nağdsız hesablaşmalar - beynəlxalq və yerli təcrübə” mövzusunda təqdimat baş tutub


Azərbaycan Respublikası Mərkəzi Bankının "Tədqiqatlar və inkişaf mərkəzi" və Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, magistr və tələbə heyətinin iştirakı ilə "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" mövzusunda təqdimat keçirilib.

MB-dan bildirilib ki, bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti iştirakçılara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bank tərəfindən bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar, ödəniş sistemlərinin iqtisadiyyatda rolu və nağdsız hesablaşmalar sahəsindəki digər məsələlər haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində növbəti təqdimatların keçirilməsi nəzərdə tutulur.

CAHANGİR




23/11/13    Çap et