Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internetdə ödənişlərin təhlükəsizliyini təmin edən texnologiya bankların və maliyyə institutların istifadəsinə verilib


"MilliKart" internetdə ödənişlərin təhlükəsizliyini təmin edən MasterCard SecureCode və Verified by Visa (VbV) texnologiyaları üzrə sertifikasiya işlərini tamamlayıb və artıq bankların və maliyyə institutların istifadəsinə təqdim edib.

Prosessinq mərkəzindən verilən məlumata görə, "MilliKart"ın tətbiq etdiyi 3D Secure  dələduzluq hallarından mühafizə olunmaq və internet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin etmək imkanını verən texnologiyadır. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi "3D" parolu vasitəsilə ilə onlayn ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir.

Qeyd etmək lazımdır ki, bu xidmətdən istifadə etmək üçün istifadəçi ilk olaraq müştərisi olduğu bankda telefon nömrəsini qeyd etməli və 3D Sign up səhifəsində qeydiyyatdan keçərək "3D" parolunu təyin etməlidir. Qeydiyyatdan keçdikdən sonra onlayn mağazada ödəniş etmək üçün istifadəçi xüsusi "3D" parolunu daxil edərək əməliyyatını uğurla başa çatdıra bilər.

Məlumat üçün bildirək ki, autensifikasiya üç  domen modelinə əsaslandığı üçün bu texnologiya 3D Secure adını daşıyır.

CAHANGİR




23/11/13    Çap et