Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında mətnin səsləndirilməsi funksiyası işə salınıb



“Elektron hökumət” portalına yeni funksiya əlavə edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mətnin səsləndirilməsi sistemi portala inteqrasiya edilib.

Bu sistem vasitəsilə artıq saytın bütün bölmələrində hər bir mətnin altında yerləşdirilən “Bütün mətni səsləndir”  və ya “Seçilmiş mətni səsləndir” düymələrini sıxmaqla həmin mətni tam, yaxud hissə-hissə dinləmək imkanı yaradılıb.
Bununla yanaşı, mətnləri “mp3”  formatında kompüterə yükləmək də mümkündür.

CAHANGİR




26/11/13    Çap et