Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Line” messenceri istifadəçilərinin sayı 300 milyona çatıb


“Line Corporation” şirkəti ani mesajlarla mübadilə üçün nəzərdə tutulmuş “Line” tətbiqinin uğurları ilə bölüşüb.

Məlumata görə, “Line” tətbiqinin istifadəçilərinin sayı 300 milyonu ötüb. 7 ayda tətbiqin istifadəçilərinin sayı iki dəfə artıb. “Line” tətbiqi dünyanın 231 ölkəsində tətbiq edilir, bir çox ölkələrdə o, ödənişsiz tətbiqlər arasında populyarlığa görə birinci yerdə qərarlaşıb.

“ICTnews” elektron xəbər xidməti “ict.ua” saytına istinadən bildirir ki, “Line” messencerinin köməyi ilə istifadəçilər ödənişsiz zəng və videozənglər həyata keçirə və mətn mesajları göndərə bilərlər. “Line” tətbiqi həm masaüstü kompüter (Windows və Mac OS), həm də “Android”, “iOS”, “BlackBerry”, “Windows Phone” əməliyyat sistemləri ilə işləyən mobil qurğular üçün əlçatandır.

Emil Hüseynov
 




26/11/13    Çap et