Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində internet istifadəçilərinin sayı 600 milyonu ötüb



 
Bu ilin sentyabr ayına olan məlumata görə, Çində internet istifadəçilərinin sayı  604 milyon olub ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 66 milyon çoxdur. Bu haqda Çinin İnternet şəbəkəsi informasiya mərkəzinin direktor müavini Jen Syanlyan deyib.

“ICTnews” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, Çində istifadəçilərin əksəriyyəti internetə mobil qurğulardan daxil olurlar: onların sayı 464 milyona çatıb və sürətlə artmağa davam edir.

Yüksək artım tempi sayəsində Çində internetin nüfuzetmə səviyyəsi 45%-ə çatıb. Bu göstərici üzrə Çin orta dünya göstəricisini üstələyib" – o deyib.

Emil Hüseynov
 
 




29/11/13    Çap et