Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşın büdcə bələdçisi Maliyyə Nazirliyinin saytında yerləşdirilib



“Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcələri üzrə Vətəndaşın büdcə bələdçisi” Azərbaycan Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində (maliyye.gov.az) yerləşdirilib.

“ICTnews” elektron xəbər xidmətinin adı çəkilən sayta istinadən verdiyi məlumata görə, vətəndaşın büdcə bələdçisinin hazırlanmasında əsas məqsəd əhalinin büdcə ilə bağlı maarifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə əhaliyə çatdırılmasından ibarətdir.

Vətəndaşlar “Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcələri üzrə Vətəndaşın büdcə bələdçisi” ilə bağlı rəylərini və təkliflərini “f.ganjaliyev@maliyye.gov.az” elektron poçt ünvanına göndərə bilərlər.


CAHANGİR




29/11/13    Çap et