Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8.2” yeniləməsi yanvarda çıxarılacaq


Bir ay əvvəl “Microsoft” şirkəti “Windows 8.1” yeni əməliyyat sisteminin yekun versiyasını çıxarıb. Hazırda ən böyük proqram təminatı istehsalçısının komandası növbəti yeniləmə üzərində işləyir.

Əgər insayderlərin məlumatına inansaq, “Microsoft” hazırda növbəti qlobal yeniləmə üzərində işləyir.
“ICTnews” elektron xəbər xidməti “infocity.az” saytına istinadən bildirir ki, yenilənmiş versiyada “Başlat” menyusu daha çox funksiya icra edəcək.

Həmçinin “Bələdçi”nin (File Explorer) xarici görünüşü dəyişdiriləcək. Bundan əlavə, “Internet Explorer 11” brauzerində səhifələrin yüklənmə sürəti artırılacaq.

Qeyri-rəsmi informasiyaya görə, “Windows 8.2” 2014-cü ilin əvvəlində təqdim ediləcək. “Windows 8” və “Windows 8.1” istifadəçiləri öz qurğularına yeni versiyanı tamamilə ödənişsiz yükləyə biləcəklər. Başqa istifadəçilər üçün isə yenilənmiş platforma ödənişli olacaq.

Emil Hüseynov




02/12/13    Çap et