Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” konsaltinq xidmətlərinin göstərilməsinə dair sorğu elan edir


"Baksell Ltd" MMC, Azərbaycan Respublikasının ərazisində və xaricdə fəaliyyət göstərən PR Şirkətləri üçün "Baksell Ltd" MMC-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı kommunikasiya üzrə konsaltinq xidmətlərinin göstərilməsinə dair Məlumat Sorğusunu elan edir. "Baksell Ltd" MMC, daxili/xarici kommunikasiya, korporativ PR və media əlaqələri, şirkət rəhbərliyinin kommunikasiyası, sosial media, korporativ social məsuliyyət (KSM) və böhranların idarə edilməsi daxil olmaqla, strateji kommunikasiya üzrə konsaltinq xidmətləri göstərən şirkəti əməkdaşlığa dəvət edir. Maraqlanan şirkətlərdən öz təkliflərini 19 avqust 2011-ci il tarixindən gec olmayaraq, corporate_communications@bakcell.com elektron ünvanına göndərmələri xahiş olunur.




13/08/11    Çap et