Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ADİU-da tələbələr üçün informasiya texnologiyalarına dair seminar keçiriləcək


Dekabrın 6-da saat 15:00-da Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün “Karyeramı necə qurdum – İT ekspertlərin təcrübə mübadiləsi” mövzusunda seminar keçiriləcək.
 
 Universitetdən verilən məlumata görə, tədbirdə İT ekspertləri bu sahədəki təcrübələrindən danışacaq, tələbələrin suallarını cavablandıracaqlar. Bundan əlavə, tələbələrə informasiya texnologiyalarına dair dünya təcrübəsi, yeni İT tendensiyaları haqqında məlumat veriləcək.
 
Tələbələr bu seminardan yararlana bilərlər.
 
CAHANGİR





05/12/13    Çap et