Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bluetooth 4.1” spesifikasiyası təqdim edilib


“Bluetooth Special Interest Group” (SIG) qrupu “Bluetooth 4.1” məlumatların simsiz ötürülməsi standartının spesifikasiyasını dərc edib. “SIG” nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda bəzi şirkətlər  “Bluetooth 4.1” standartını dəstəkləyən yeni məhsullarını təqdim edəcəklər.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “SIG” əmin edir ki, yeni spesifikasiyada “Bluetooth” və “LTE”-nin birgə işi yaxşılaşdırılıb, müvəqqəti rabitə kəsintisi zamanı qurğuların yenidən qoşulma alqoritmi təkmilləşdirilib, böyük həcmli məlumatların ötürülməsi reallaşdırılıb, həmçinin bütövlükdə informasiyanın ötürülməsi effektivliyi yaxşılaşdırılıb.

Emil Hüseynov
 
 
 
 




06/12/13    Çap et