Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin “Windows XP” sisteminin dəstəklənməsinin dayandırılmamasını istəyir


Çinin kütləvi informasiya vasitələri Çin hökumətinin “Microsoft” korporasiyasından “Windows XP” əməliyyat sisteminin dəstəklənməsinin dayandırılmaması ilə bağlı müraciət etməsi haqqında məlumatlar yayır . Xatırladaq ki, “Microsoft” 8 aprel 2014-cü ildən etibarən 12 il əvvəl buraxılan əməliyyat sistemi üçün yenilənmənin buraxılmasını dayandıracağını elan edib.    

Çin Milli Müəllif Hüquqlarının Qorunması Təşkilatının direktor müavini Yan Syaohunun bildirdiyinə görə, “Windows XP” üçün istənilən yenilənmənin olmaması kiberhücumların, eləcə də proqram təminatlarının pirat nüsxələrinin sayının artmasına səbəb olacaq.

Qeyd etmək lazımdır ki, ötən ay korporasiya Çin istifadəçiləri üçün "Windows 8” sisteminin qiymətini 49 dollaradək azaldıb. Mütəxəssislər hesab edirlər ki, “Microsoft” bununla “Windows XP”-dən keçidi həvəsləndirmək niyyətində olub.

Buna baxmayaraq “Windows XP” hələ də dünya əməliyyat sistemi bazarının 3/1 hissəsini və Çin bazarının yarısını tutur, - "3DNews www.3dnews.ru” yazır.




07/12/13    Çap et