Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatların saxlanılması sistemi bazarının həcmi 5,6 faiz azalıb



“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ilin üçüncü rübündə dünya bazarında kənar məlumatların saxlanılması sistemindən əldə olunan gəlir il ərzində 3,5 faiz azalaraq həcmi 5,7 milyard dollar təşkil edib. Məlumatların saxlanılması sistemi bazarının (daxili və kənar) ümumi həcmi 7,4 milyard dollar məbləğində gəlir gətirib ki, bu da ötən illə müqayisədə 5,6 faiz və cari ilin ikinci rübündən 4,1 faiz azdır.
“IDC”-nin əsas analitiklərindən biri Erik Şeppard virtuallaşdırma mühiti üçün həllərə yüksək tələbatın olmasını qeyd edib. Ən yüksək artım tempini “EMC” və “NetApp” şirkətləri nümayiş etdirib. “EMC”-in kənar həllər bazarında payı 30 faizdən 30,7 faizədək artıb ki, bu da ona liderlik mövqeyini möhkəmlətməyə imkan verib. “NetApp” payını 11,9 faizdən 13 faizədək genişləndirərək ikinci yeri özünə təmin edib. Liderlər üçlüyünü 11,4 faizlə “IBM” şirkəti tamamlayır. Sonrakı yerlərdə “HP” (9,5 faiz) və “Hitachi” (8,3 faiz) şirkətləri qərarlaşıb.   
Ümumi kənar və daxili saxlanc bazarındakı vəziyyət isə bir qədər fərqlidir. “EMC” lider qalmaqla payını 22,6 faizdən 23,7 faizədək artırıb. İkinci yeri 17 faizlə “HP” tutub. Sonrakı pillələrdə “IBM” (12,9 faiz), “Dell” (11,4 faiz) və “NetApp” (10 faiz) şirkətləri qərarlaşıb. Qeyd etmək lazımdır ki, “NetApp” beş liderdən gəliri artan yeganə şirkətdir.   
 
Şəbəkə həlləri bazarının (NAS və SAN) həcmi 3,4 faiz azalıb. Bu seqmentdə də lider "EMC” (33,7 faiz) şirkətidir. İkinci yeri 15 faizlə "NetApp” tutub, - "3DNews www.3dnews.ru” yazır.




09/12/13    Çap et