Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti Tayvanda “Galaxy J” smartfonunu təqdim edib



 
“Android Community” nəşri yazır ki, Cənubi Koreyanın “Samsung” şirkəti Tayvanda “Galaxy J” smartfonunu təqdim edib. Bundan əvvəl bildirilmişdi ki, bu model məhz Yaponiya üçün hazırlanıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki,aparat “Galaxy S4” kimi 1920x1080 nöqtə təsvir ölçülü 5 düymlük ekran, lakin başqa xarakteristikaları “Galaxy Note 3” smartfonunu  xatırladır. Smartfon 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş və  “Snapdragon 800” dördnüvəli prosessoru ilə təchiz edilib.

“Galaxy J” smartfonu gələn həftə 21,9 min yeni Tayvan dollarına (təxminən 741 dollar) satışa çıxarılacaq və ağ və qırmızı rənglərdə əlçatan olacaq.

“Samsung” şirkəti sözügedən modelin beynəlxalq bazarlara çıxarılması haqqında məlumat verməyib.

Emil Hüseynov
 




09/12/13    Çap et