Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikanın dövlət qurumları hələ də disketlərdən istifadə edirlər



ABŞ hökumətinin rəsmi “The Federal Register” nəşrinin əməkdaşları gündəlik iş zamanı 3,5 düymlük disketlərdən istifadə edirlər. “The New York Times” jurnalistlərinin araşdırmasına əsasən, çap materialları məhz bu daşıyıcılar, həmçinin CD disklərdə təqdim olunur. Bundan başqa, informasiyanın ötürülməsi zamanı, həmçinin məsul şəxs tərəfindən təsdiqlənmiş çap surətini də təqdim etmək lazımdır.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, problem təhlükəsiz elektron poçtun köməyi ilə həll edilə bilər, lakin çap üçün informasiya seçiminə görə məsuliyyət daşıyan bütün bölmələr bu  sistemi tətbiq etmək iqtidarında deyillər. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət işin səmərəliliyinə ciddi təsir edir, lakin yaxın vaxtlarda heç bir dəyişiklik gözlənilmir.

“The Telegraph” nəşrinin məlumatına əsasən, 1995-ci ildə təxminən 5 milyard disket mövcud olub.

Emil Hüseynov
 
 




10/12/13    Çap et