Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” və “iOS” platformaları üçün populyar proqramların 78%-nə müdaxilə edilib


Cinayətkarlar “Android” və “iOS” üçün populyar ödənişli tətbiqlərin 78%-nə müdaxilə ediblər. Bu haqda “Arxan Technologies” şirkətinin yeni tədqiqatına istinadən “The Telegraph” nəşri yazıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, analitiklərin gəldiyi nəticəyə əsasən, hakerlər “Android” üçün ödənişli top-100 proqramların 100%-nə və “iOS” üçün ödənişli top-100 proqramların 56%-nə giriş əldə etməyə müvəffəq olublar.

Bu göstəricilərin son dərəcə yüksək olmasına baxmayaraq, ekspertlər 2012-ci illə müqayisədə haker hücumlarının səviyyəsinin 36% azalmasını bildiriblər.

Cinayətkarlar ödənişsiz tətbiqlərə müdaxiləyə davam edirlər. Analitiklərin fikrincə, 2013-cü ildə hakerlər “Android” proqramların 73%-nə və “iOS”-da isə 53%-nə giriş əldə ediblər.

Emil Hüseynov





13/12/13    Çap et