Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SHXÇDX-nin “Elektron xidmət” bölməsi yenilənib



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi saytında (www.seferberlik.gov.az )  təqdim olunan “Elektron xidmət” bölməsini yeniləyib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda həmin bölmədə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu”, “Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” elektron xidmətləri yerləşdirilib.

Qeyd edək ki, bundan öncə sözügedən bölmədə “Vətəndaş müraciəti”, “Hərbi xidmət” və “Sual-cavab” xidmətləri təqdim olunurdu.

CAHANGİR




16/12/13    Çap et