Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone 8.1” platformasında bildiriş mərkəzi və səs köməkçisi olacaq


“The Verge” resursu yazır ki, “Windows Phone 8.1” platformasında bir çox faydalı yeniliklər gözlənilir: məsələn, bildirişlər mərkəzi və interaktiv səs köməkçisi kimi.

Hazırda şirkətin mütəxəssisləri “Windows Phone 8.1” platformasının müxtəlif daxili quraşdırılmalarını sınaqdan keçirirlər. “Microsoft” korporasiyası dəyişikliklərin tam siyahısını gələn ilin aprelində keçiriləcək tərtibatçılar üçün növbəti “Build” konfransında təqdim edəcək.

“ICTnews” elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, ən əhəmiyyətli yeniliklərdən biri bildirişlər mərkəzi olacaq və o, “Android” və ya “iOS” sistemlərindəki oxşar prinsip üzrə işləyəcək.

Digər əhəmiyyətli yenilik “Cortana” virtual səs köməkçisi olacaq. Bildirilir ki, “Microsoft” artıq bir neçə aydır onu sınaqdan keçirir. O, “Bing” axtarış sisteminin mövcud səs axtarışını əvəz edəcək.

Emil Hüseynov




17/12/13    Çap et