Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək


7-9 iyun 2011-ci il tarixində Polşa Respublikasının Varşava şəhərində "SreXperts Convention 2011" tədbiri keçiriləcək. Xarici ölkələrin informasiya texnologiyaları üzrə ekspertlərin toplaşdığı tədbirdə ölkəmizi Məlumat Hesablama Mərkəzinin direktor müavini Sahib Nəcəfov təmsil edəcək.
“Alcatel-Lucent” şirkətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə İP texnologiyalar sahəsində həyata keçirilən tədbirlər qazanılan uğurlar və gələcək perspektivlərlə yanaşı, digər məsələlər də müzakirə ediləcək.




03/06/11    Çap et