Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qeyri-adi istək


“The Straits Times” nəşri yazır ki, Yəmən Ərəb Respublikasında ata öz qızının nişanlısından başlıq əvəzi “Facebook” sosial şəbəkəsində 1 milyon "layk" istəyib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, qızın atası şairdir və onun yaradıcılığı internetdə bir o qədər populyar deyil. Atanın qeyri-adi istəyi bununla izah olunur.

Nəşrin məlumatına görə, Yəmən sakinləri nişanlının halına acıyırlar və  öz gücləri imkanında ona kömək etməyə çalışırlar.

Emil Hüseynov




18/12/13    Çap et