Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək


“Azərpoçt” MMC Tərtər rayonunun Buruc, Ağdaşın Güvə kəndində yeni poçt şöbələrini istismara verməyi planlaşdırır. Müəssisədən verilən məlumata görə, poçt şöbələri yeni korporativ üslubda tikilib, müştərilər üçün zəruri olan məlumat və müasir avadanlıqlarla təchiz edilib. Poçt şöbələri müştərilərə ənənəvi poçt xidmətləri ilə yanaşı, təcili pul köçürmələri xidməti də təklif edir. Əhalinin rahatlığı üçün şöbələrdə şəhərlərarası danışıq rabitəsi də təşkil edilib.
Məlumat üçün bildirək ki, hazırda “Azərpoçt”un 1600 poçt şöbəsi var.




03/06/11    Çap et