Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən böyük “4G” şəbəkəsi Çində qurulacaq



Çin növbəti dəfə öz liderliyini sübut etmək niyyətindədir və dünyanın ən böyük “4G” mobil şəbəkəsini tikməyə hazırlaşır. Onun tikintisi 1 il müddətində başa çatdırılmalıdır.

“ICTnews” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, Çin Xalq Demokratik Respublikası (ÇXR) hakimiyyəti və ölkənin ən böyük mobil rabitə operatoru “China Mobile” deyib ki, 2014-cü ilin sonunda ölkənin 340-dan çox şəhər və yaşayış məskəni dördüncü nəsil mobil şəbəkələri ilə əhatə olunacaq. Çində geniş yayılmış “TD-LTE” tətbiq ediləcək. Şəbəkənin əsasını təşkil edəcək baza stansiyalarının sayı təxminən 500 min olacaq.

ÇXR-də “4G” şəbəkəsi artıq işləyir və ilin sonuna kimi o, ölkənin 16 böyük şəhərini əhatə edəcək. İnkişaf tempi çox sürətli artacaq: yeni ilin birinci yarısında şəhərlərin sayı 100-dək artacaq, üçüncü və dördüncü rübdə bu göstərici 340 olacaq.

TD-LTE – bu, Çində əsas olan dördüncü nəsil mobil şəbəkələri standartıdır. Rəsmi məlumatlara görə, o, 18 ölkədə və dünyanın 23 regionunda tətbiq olunur. Gələn il “TD-LTE” texnologiyasını dəstəkləyən dövlətlərin sayı 63 olacaq. Sözügedən şəbəkələrin abunəçilərinə gəlincə, dekabrın əvvəlində onların sayı 5 milyondan çox olub.

Emil Hüseynov




26/12/13    Çap et