Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan yazıçılarının saytı yaradıldı


Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəsmi internet səhifəsi hazırlanıb. “www.ayb.az” adlanan sayt birliyin  “Ədəbiyyat və mətbuat” mövzusunda keçirdiyi “dəyirmi masa”da ictimaiyyətə təqdim olunub.
 
Portalda gündəlik olaraq xəbərlər yenilənəcək, ədəbi materiallar çap ediləcək. Saytın təqdimatı zamanı AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, müasir ədəbi prosesləri özündə əks etdirən internet səhifəsinə çoxdan ehtiyac duyulub və bu portal hər kəsin üzünə açıq olacaq.
 
AYB-nin gənclər katibi Rəşad Məcid isə qeyd edib ki, mətbuatla Yazıçılar Birliyinin münasibətləri vacib məsələlərdən biridir: “Vaxtilə bədii yazıları çox az qəzetlər çap edirdilər, amma bu istiqamətdə xeyli irəliləyiş var. Bu gün birliyin jurnalları ilə bərabər, ədəbiyyat saytları da fəaliyyət göstərir. Yeni saytın yaranması sevindirici haldır və ümid edirəm ki, bu saytda çap olunmağa bizim qələm adamları maraq göstərəcəklər”.
 
 SEYMUR




26/12/13    Çap et