Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Siri” fotoşəkilləri tapmaqda kömək edəcək


“Apple” şirkətinin patent üçün müraciətində “Siri” səs köməkçisi vasitəsilə fotoşəkillərin axtarışı prosesi təsvir edilir. ABŞ Əmtəə Nişanları Qeydiyyatı və Patent Bürosuna təqdim olunmuş sənədlərə əsasən, fotoşəkilləri səslə təyin edilmiş teqlər, fotoşəklin çəkildiyi yerin adını və ya bəzi başqa parametrləri səsləndirməklə axtarmaq olar.

“ICTnews” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, “Apple” iddia edir ki, smartfon istifadəçiləri xeyli sayda fotoşəkil çəkdiklərinə görə bu səbəbdən onların axtarışı və çeşidlənməsi üçün daha da effektiv alqoritm və üsullara ehtiyac duyulur. Patentdə texnologiyanın işlək nümunəsi təsvir edilib: fotoşəkli çəkən istifadəçi onu "Mən çimərlikdəyəm" səs teqi ilə müşayiət edir.

Emil Hüseynov




27/12/13    Çap et