Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saytdakı nasazlığa görə biletləri on dəfə ucuz qiymətə aldılar


“Endirimli bilet satışı” iki saat davam edib. Aviaşirkət bu vaxt ərzində satılmış biletləri ləğv etməyib.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Delta Airlines” Amerika aviaşirkətinin saytında baş vermiş texniki nasazlıq səbəbindən, nəticədə daxili reyslərin biletləri onlarla dəfə ucuz qiymətə satılıb. 

Bu vaxt ərzində nə qədər insanın bilet aldığı məlum olmayıb, lakin “endirimli satış” haqda məlumat sürətlə internetdə yayılıb və bəziləri bir anda çox sayda bilet alıblar.

Sonra “Delta” bildirib ki, "aksiya" planlaşdırılmayıb və texniki səhvin nəticəsində baş verib. Şirkət elan edib ki, bütün alınmış biletlər qüvvədə olacaq. Bir müddət öncə bu il oxşar texniki nasazlıq “United Airlines” saytında baş verib. O vaxt aviaşirkət bir neçə saat ərzində biletləri 5-10 dollara satıb. “United Airlines” şirkəti də alınan biletləri ləğv etməyib.

Aynur Vəliyeva
 




27/12/13    Çap et