Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “Here Maps” tətbiqini “Apple App Store” onlayn mağazasından silib


"Engadget" bloqu yazır ki, Finlandiyanın "Nokia" şirkəti "Apple App Store" onlayn mağazasından "Here Maps" kartoqrafiya tətbiqini silib.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkətindən bildirilib ki, onlar "Here Maps" tətbiqinin "iOS 7" platforması ilə işləyən mobil qurğulardakı problemlərinə görə belə qərar qəbul ediblər.

"iPhone istifadəçiləri əvvəlki kimi "m.here.com" ünvanında Here Maps tətbiqinin mobil veb-versiyasından istifadə edə bilərlər" – "Nokia" şirkətindən bildirilib. Şirkətdən bildirilib ki, sözügedən xidmət "Apple" smartfonları üçün ödənişsizdir.

Emil Hüseynov
 




28/12/13    Çap et