Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenova” şirkəti qlobal mobil bazarının lideri olmaq istəyir


 
Son zamanlar sürətlə inkişaf edən və fərdi kompüter (FK) bazarında liderliyi ələ keçirən Çinin “Lenovo” şirkətinin rəhbərliyi yaxın gələcəkdə qlobal mobil qurğu bazarında lider olmağı qarşısına hədəf qoyub. Bu haqda bu vaxtlarda “Lenovo” şirkətinin beynəlxalq biznes bölməsinin vitse-prezidenti Cey Di Hovard deyib.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, şirkət rəhbərliyinin qarşıya qoyduğu hədəfə nail olmaq çox çətin olacaq, lakin “Lenova” şirkətinin FK bazarında liderliyi  5 il bundan əvvəl əlçatmaz görünürdü. Qeyd edək ki, “Lenovo” hazırda faktiki olaraq dünyanın üçüncü ən böyük smartfon və planşet tədarükçüsüdür. Bundan başqa, son il ərzində şirkət mobil qurğu tədarüklərinin həcmini 7-dən 12,9 milyona qədər artırıb.

Emil Hüseynov
 




30/12/13    Çap et