Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha asan və sadə sayt konstruktoru təqdim edilib


“Adobe Systems” şirkəti “Muse” proqramını təqdim edib. Proqram vasitəsilə veb-proqramlaşdırma sahəsində xüsusi biliyə sahib olmadan belə sayt yaratmaq və onu internetdə yerləşdirmək olar.
Dizayner “Muse” proqramında saytın maketini hazırlayır, proqram isə onun kodunu avtomatik yaradır. İş prosesində saytın səyyahda necə görsənəcəyinə əvvəlcədən baxmaq olar. “Muse” proqramında yaradılan sayta multimedia elementləri, məsələn, “YouTube”-dan çarx və ya “Google Maps”-dan xəritə fraqmenti daxil edilə bilər. Sayt hazır olduqda isə onu şəbəkədə dərc etmək olar.
“Muse” proqramı “AİR” platformasına əsaslanır. Bildirilib ki, “Muse”nin hazırlanmasında “İnDesign” sisteminin yaradıcıları iştirak ediblər.
Hələ ki proqramın yalnız “Windows” və “Mac OS X” əməliyyat sistemləri üçün beta versiyası çıxarılıb. Tam versiyanı 2012-ci ilin ilk rübündə təqdim etmək planlaşdırılır. “Muse”nin kod adı olduğu məlumdur. Gələcəkdə proqramın adı dəyişdiriləcək.




15/08/11    Çap et