Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “App Store”onlayn mağazasının satış həcmi 10 milyard dollar təşkil edib


“Apple” şirkətinin nümayəndələri bildiriblər ki, 2013-cü ildə  istifadəçilər “App Store” onlayn kataloqunda onlayn alış-verişə 10 milyard dollar  xərcləyiblər. Qeyd edək ki, 1 milyard dollar yalnız dekabr ayında xərclənib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin bəyanatına əsasən, dekabrda istifadəçilər 3 milyard tətbiq  yükləyiblər ki, bu da “App Store” üçün mövcudluğu ərzində rekord aylıq göstərici olub.

Emil Hüseynov




08/01/14    Çap et