Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına yeni e-xidmətlər inteqrasiya edilib



“Elektron hökumət” portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilən müxtəlif fəaliyyət sahələrinə dair elektron xidmətlərin sayı davamlı olaraq artır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, növbəti olaraq Səhiyyə Nazirliyinin daha 6 elektron xidməti portal istifadəçilərinə təqdim edilib.

Bu e-xidmətlərə “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin  və sənədlərin qəbulu”, “Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”, “Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.

Bununla da səhiyyə sahəsi ilə bağlı portala inteqrasiya edilən e-xidmətlərin sayı 30-a çatıb.

CAHANGİR
 




08/01/14    Çap et