Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 428/429, 477/478, 432 ATS-ni bu il NGN texnologiyasına keçirməyi planlaşdırır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu il ərzində köhnə tipli paytaxt elektron ATS-ni NGN texnologiyasına keçirəcək.
 
BTRİB-in  texnika üzrə baş mütəxəssisi Elman Qədirovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, ötən ilin sonunadək Qaradağ rayonunun bütün kiçik ATS-ləri NGN texnologiyasına keçirilib.
 
“Dekabrın sonunda biz artıq Müşfiq, Qobustan, Ələt, Şıxlar, Ümid, Umbakı, Buta, Korgöz, Qızıldaş qəsəbələrində mövcud olan 160-4000 nömrə tutumlu köhnə DMS, KVANT tipli ATS-in NGN texnologiyasına keçirilməsi üzrə işləri başa çatdırmışıq. Bu il isə 428/429, 477/478, 432 ATS-ni NGN texnologiyasına keçirməyi planlaşdırmışıq”,- deyə o bildirib.

Aynur Vəliyeva  




09/01/14    Çap et