Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün “WordPress” bloq platformasının yaradıcısının anadan olduğu gündür


1984-cü il yanvarın 11-də hazırda dünyanın ən populyar bloq platforması sayılan "WordPress"in yaradıcısı Met Mullenveq anadan olub.

Mullenveqin proqram təminatına həvəsi atasından keçib. Belə ki, atası neft şirkətlərindən birində proqramçı vəzifəsində işləyib.

Mettu Hyuston Universitetində təhsil alarkən "WordPress" layihəsini yaratmaq ideyası haqqında düşünməyə başlayır. Nəhayət, 2003-cü ilin mayında platformanın birinci versiyası işıq üzü görüb.

Hazırda dünyada fəaliyyət göstərən saytların 60 milyondan çoxu və ya hər 6 saytdan biri "WordPress sistemində işləyir.
 
Emil Hüseynov




11/01/14    Çap et