Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın innovasiya sahəsində apardığı islahatlarla bağlı fikir mübadiləsi aparılıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “QUTexnopark” arasında innovasiya mövzusunda fikir mübadiləsi aparılıb.

Müzakirələr AMEA prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynovla Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla keçirilən görüşdə baş tutub.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanıb, bu sahədə fikir mübadiləsi aparılıb. Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulayıb və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildiriblər.
 
 
Qeyd edək ki, ötən həftə Bakıda “Qafqaz City Hotel”də Y.Özözərin təqdimatında “İnnovasiya” adlı seminar da keçirilib.
 
 
Həqiqət İSABALAYEVA




13/01/14    Çap et