Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Müavinətlər üzrə axtarış” elektron xidmətindən istifadə qaydaları açıqlanıb



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə vətəndaşlara təqdim etdiyi “Müavinətlər üzrə axtarış” xidmətindən istifadə qaydalarını açıqlayıb.
 
Mərkəzdən verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşın “FİN” koduna uyğun sosial müavinətlər haqqında məlumatların əldə edilməsi mümkündür. Bunun üçün “Elektron hökumət” portalına daxil olub ƏƏSMN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Müavinətlər üzrə axtarış” xidmətinin adını seçmək tələb olunur. Açılan formanın içində “FİN” sətrində istifadəçinin “FİN” kodu əks olunacaq. 
 
İstifadəçi əldə etdiyi məlumatları “PDF” formatında kompüterinin yaddaşında saxlaya, çap edə, özünün və yaxud başqa şəxslərin elektron poçt ünvanına göndərə bilər.
 
Qeyd edək ki, istifadəçi müavinət almırsa, bu zaman “FİN” sətrində əks olunan FİN kodu əsasında “Göndərmək” düyməsindən istifadə etdikdə, açılan yeni formanın içində heç bir məlumat əks olunmayacaq.
 
CAHANGİR




14/01/14    Çap et