Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 5S” və “Samsung Galaxy S4” smartfonları üçün günəş batareyaları ilə təchiz edilmiş çexollar təqdim edilib


“EnerPlex” şirkətinin mütəxəssisləri yaxın vaxtlarda “iPhone 5S” və “Samsung Galaxy S4” smartfonları üçün günəş batareyaları ilə təchiz edilmiş yeni yüksəktexnologiyalı çexollar təqdim ediblər. Bu çexollara inteqrasiya edilmiş batareyalar günəş vasitəsilə enerji toplayırlar.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, günəş batareyalarının iş səmərəliliyi heç də yüksək deyil – çexolların tam enerji toplaması üçün onlar günəş işığı altında təxminən üç gün qalmalıdır. Lakin çexollara inteqrasiya edilmiş batareyaları USB port vasitəsilə də doldurmaq olar.
 
“iPhone 5S” üçün 2000 milliamper/saat tutumlu batareyaya malik “EnerPlex” çexolu 100 dollar məbləğindədir. “Samsung Galaxy S4” üçün 2500 milliamper/saat tutumlu batareyaya malik çexol 10 dollar ucuzdur.
 
Emil Hüseynov




16/01/14    Çap et