Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk kiril dilli domenlərin qeydiyyatına başlanılır


Bu gündən Rusiyanın domen şirkətləri “.САЙТ” və “.ОНЛАЙН” domenlərinin   ilkin və mükafatlı qeydiyyata sifarişlərin qəbuluna başlayır.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına verdiyi məlumata əsasən,  açıq mərhələnin 2014-cü ilin yaz fəslinin ortalarında keçirilməsi  nəzərdə tutulub. Qeydiyyat dörd kateqoriya üzrə keçiriləcək. Birinci – dövlət orqanları hakimiyyətinin adları üçün, ikinci və üçüncü – ticarət nişanlarının depozitarisində və ya Bolqarıstanda, Makedoniyada, Serbiyada, Ukraynada qeydiyyatdan keçmiş kiril əlifbası ilə yazılan ticarət nişanlarının, dördüncüsü isə latın əlifbası ilə yazılan və kiril əlifbasına çevrilmiş ticarət nişanlarının qeydiyyatı aparılacaq.
 
 
Bu ilin ikinci rübündə “.МОСКВА”, “.ДЕТИ” və “.РУС” zonalarında qeydiyyat başlamalıdır.
 
“.ОНЛАЙН” və “.САЙТ” domenləri “New gTLD” proqramı çərçivəsində buraxılmış ilk kiril domenləri olublar. Onların “ICANN”-da qeydiyyatın təşəbbüskarı və bu zonaların inzibatçısı Bolqarıstanın “Core” şirkətidir.
 
Aynur Vəliyeva




16/01/14    Çap et