Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play” musiqi tarixini vizuallaşdırıb


“Google Play”  xidməti musiqi janrlarını məşhurluqları vaxtına görə yerləşdirən interaktiv qrafik təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Google Play Music” xidməti  “Music Timeline” səhifəsini təqdim edib və burada XX əsrin ortalarından başlayaraq müxtəlif nəsillərin musiqi zövqü vizuallaşdırılıb.
 
Taymlayn ”Google Play Music” istifadəçilərinin kitabxanalarından olan musiqilərin əsasında yaradılıb.
 
Bu və ya digər janra məxsus düymə aktivləşdikdə onun inkişaf tarixi daha ətraflı təqdim edilir, eyni zamanda bir janr daxilində müxtəlif axınlar vizuallaşdırılır.
 
Qrafik köməyi ilə, “Google Play” istifadəçiləri arasında hansı albomların və ya ifaçıların məşhur olduqlarını müəyyən etmək olar, onların tarixlərini və bioqrafiyalarını oxumaq, həmçinin albomlardan treklərini dinləmək olar.
 
Aynur Vəliyeva
 




17/01/14    Çap et