Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gənc alim” Analitik-İnformasiya Sistemi yaradılır


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Gənc alim” Analitik-İnformasiya Sisteminin (AİS) yaradılmasına başlayıb. Bunun üçün gənc kadrlar ümumi məlumatlarını daxil etməklə, sistemdə (http://science-az.com/mainpage/add) qeydiyyatdan keçməlidirlər. Sistemə gənc alimlərin şəxsi məlumatları, o cümlədən iş yeri, vəzifəsi, ailə vəziyyəti, mənzil təminatı, hərbi mükəlləfiyyəti daxil edilməlidir.
 
AİS-də gənc alimin İKT, kompüter təminatı       vəziyyəti, internetə çıxış imkanları, həmçinin elmi dərəcəsi, fəlsəfə, eyni zamanda elmlər doktoru üzrə dissertasiya mövzusunun adı, elmi nəşrlərdə, o cümlədən impakt faktorlu jurnallarda çap olunan əsərlərin ümumi sayı, ixtisasartırma kurslarında və təlimlərində iştirakı haqda məlumat da yer alacaq.
 
Həmçinin sistemdə dil bilikləri, kompüter bilikləri, iş təcrübəsi, dövlət təltifləri və mükafatları və s. haqda da ətraflı məlumat verilməlidir.
 
 
Həqiqət İSABALAYEVA




17/01/14    Çap et