Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WikiDays” layihəsində iştirakla bağlı müraciətin vaxtı uzadılıb


“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin “Vikipediya Azərbaycan”ın tərəfdaşlığı ilə həyata keçirəcəyi “WikiDays” layihəsində iştirak etmək istəyən şəxslər yanvarın 30-dək “ireli.az” saytında onlayn ərizə formasını dolduraraq müraciət edə bilərlər.
 
“İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, 1 ay müddətində davam edəcək layihə çərçivəsində “Vikipediya” barədə məlumat, məqalələrin yaradılması və redaktə edilməsi təlimatları, viki-məqalənin qorunması, “Vikimedia” fondu, “Vikipediya”da təbliğat aparılmasının prinsipləri və digər mövzularda peşəkar təlimçilər tərəfindən təlimlər və seminarlar keçiriləcək.
 
Layihənin keçirilməsində məqsəd “Vikipediya”dan düzgün istifadə üzrə gənclərin maarifləndirilməsi, qlobal “vikipediya”larda Azərbaycan maraqlarının qorunması, Azərbaycana aid məlumatların təhriflərə məruz qalmasının, dezinformasiyanın qarşısını almaqdan ibarətdir.
 
CAHANGİR
 




24/01/14    Çap et