Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” daha 7 domen zonasının yaradılmasını təqdir edib


“ICANN” internet korporasiyası “New GTLD” proqramı çərçivəsində domen zonalarının növbəti partiyasının yaradılmasını təqdir edib.

Məlumata əsasən, “GoDaddy”, “Network Solutions”, “Name.com” və başqa registratorlar yeni domen zonalarına qeydiyyat üçün müraciətləri qəbul edir. 7 yeni domen zonası, həmçinin .luxury, .guru, .photography, .app, .blog, .online, və .shop üçün yaşıq işıq yandırılıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, domen adlarının əksəriyyəti istifadəçilərə 10-40 dollara satılacaq, lakin .luxury domen zonası 800 dollara başa gələcək.

Emil Hüseynov




25/01/14    Çap et