Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclərin İKT biliklərini artırmaq məqsədilə yeni veriliş yaradıldı


Azərbaycanda gəncləri informasiya-kommunikasiya texnologiyaları  sahəsindəki yeniliklərlə tanış etmək, texnologiyanın yararlı tərəfləri ilə bağlı məlumat vermək və texnologiyanın düzgün istifadə qaydalarını öyrətmək məqsədi ilə yeni veriliş yaradılıb.
 
“İrəli” ictimai birliyi tərəfindən ərsəyə gətirilən bu radio verilişinin adı “TechMotion”dur.
 
Hər həftənin çərşənbə axşamı (ikinci gün) saat 17:00-da, “www.iradio.az”-da yayımlanacaq verilişdə professional texnoloqlar və “Aznet”in tanınmış simaları qonaq olaraq öz bildikləri məlumatları hər kəs ilə bölüşəcəklər.
 
 Layihə həmçinin videoformatda “YouTube” kanalında da fəaliyyət göstərəcək. Videokanalda texnologiyaya aid videomateriallar paylaşılacaq.
 
 
SEYMUR
 




27/01/14    Çap et